Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Cənab Prezidentimizin BMT-ın iclasındakı çıxışı Azərbaycanın dünyada söz sahibi olduğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı

0

  • Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilmişdir. Bu iclasda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın Prezidenti kimi çıxışı hər bir azərbaycanlıya böyük qürur verir. Azərbaycan dünya xəritəsində kiçik bir ölkə olmasına baxmayaraq, 120 dövlətin adından söz demək imkanına malik olub və bu imkan İlham Əliyevin apardığı müstəqil və ədalətli beynəlxalq siyasətin göstəricisidir. 2019-cu ildən bu təşkilata sədrlik edən Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində Qoşulmama Hərəkatının nüfuzunun və rolunun artmasına töhfə verib. Prezident İlham Əliyevin Yüksək Səviyyəli İclasda çıxışında qeyd etdiyi kimi qlobal pandemiya dövründə Qoşulmama Hərəkatının sessiyasını onlayn qaydada çağırmaqla bir ilkə imza atmışdır. Prezidentin çıxışı 1 neçə vacib istiqaməti özündə ehtiva edib.1. Dünya siyasətində beynəlxalq hüquq terminin yaddan çıxmağa başladığını və BMT-nin fəaliyyətində yeni çağırışa uyğun fəaliyyətin ortaya qoyulmasının vacibliyi ilə əlaqədardır. 2. Ermənistan hakimiyyətinin terrorçu, işğalçı və faşizm üzərində qurulmuş siyasətinin mahiyyətini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyev Ermənistanın yeni əraziləri işğal etmək xülyası ilə müharibəyə hazırlaşdığını və BMT-ın qətnamələrinə məhəl qoymayaraq, özünün terrorçu siyasətindən əl çəkməyərək təxribatlara və diversiyalara əl atdığını qeyd etməklə baş verə biləcək hər hansı hərbi əməliyyata görə bütün məsuliyyətin Ermənistanın daşıdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 3. Azərbaycanın iqtisadi uğurlarından, COVID-19-a qarşı uğurlu mübarizəmizə həsr olunmuşdur. Cənab Prezidentimizin BMT-ın bu iclasındakı çıxışı Azərbaycanın dünyada söz sahibi olduğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyev BMT-də bu çıxışı ilə dünya səviyyəli lider olduğunu bir daha sübut etdi.Əfsanə MustafayevaXocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib36 dəfə
    Cənab Prezidentimizin BMT ın iclasındakı çıxışı Azərbaycanın dünyada söz sahibi olduğunu göstərməklə ölkəmizin nüfuzunu daha da artırdı

    Maraqlı gələ bilər
    48
    99
    53